Tərtər rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, yanvarın 9-da baş verən hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər zəhərlənib.
Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və onun anası 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Nəticədə Müşviq Əzimov həyatını itirib, S.Əzimova isə zəhərlənib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.






