Şəhid Elmar Məmmədovun atası Məmmədov İlham Mirəli oğlu dünyasını dəyişdi
2016 Aprel şəhidi Məmmədov Elmar İlham oğlunun atası Məmmədov İlham Mirəli oğlu dünyasını dəyişib.
Bu haqda nəqliyyat eksperti Aslan Əsədov öz sosial profilində paylaşım edib.
2016 Aprel şəhidimiz Məmmədov Elmar İlham oğlunun atası İlham dayı rəhmətə gedib. Çox məyus oldum xəbərdən. Öz adımdan və İnçə kənd camaatı adından mərhuma Allahdan rəhmət diləyirik.
Həyatdı taleyimizlə barışırıq. Vəsiyyət etmişdi sağlığında: öləndə məni son beşiyimin yanında dəfn edərsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
Xatırladaq ki, Elmar Məmmədov Göyçay rayonu İnçə kəndində anadan olub. Daha sonralar ailə Bakı şəhərinə köçüb.
İlham Məmmədov ürəyindən narahat idi. 44 günlük müharibə dönəmində ikinci dəhə ürək infaktı keçirib.
Mərhum vəsiyyətinə uyğun olaraq övladının yanında dəfn edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!









