Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq Teatrı tərəfindən “İtmiş notlar” adlı uşaq tamaşası nümayiş etdirilib.

Gunxeber.Az-ın məlumatına görə, tamaşanın əsas qonaqları şəhid və qazi övladları, həmçinin körpə balalar olub. Nağıl dolu səhnələr, şən və rəngarəng obrazlar uşaqlara xoş ovqat bəxş edərək onlara unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində Tərəqqi medallı, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayevanın ifası uşaqlar tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb, tamaşaya xüsusi rəng qatıb.

“İtmiş notlar” tamaşası balaca tamaşaçıların böyük marağına səbəb olub, onlarda xoş təəssürat yaradaraq bayram əhval-ruhiyyəsi bəxş edib.