Səyyar “ASAN xidmət” oktyabrın 2-dən İsmayıllı rayonunda fəaliyyətə başlıyacaq və oktyabr ayının 30-dək rayon sakinlərinə xidmət göstərəcək.
Gunxeber.Az məlumat verir ki, vətəndaşlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlər göstəriləcək. Bu xidmətlərə sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlak xidmətləri aiddir.
Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara, habelə funksional yardım xidmətləri göstərilir. Bu xidmətlərə tibb və poçt xidmətləri aiddir.






