![](https://gunxeber.az/wp-content/uploads/2025/01/alUV8cKaILXv53fJmQO6tCm8UhDW2XPTvufgm1nq_1200.webp)
Bakıda gənc qadın itkin düşüb.
GunXeber.Az-a bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva 2024-cü il dekabrın 24-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Gənc qadının ailəsi onu tapana pul mükafatı da verəcəyini deyib.
Qadını görənlərdən (070) 431-33-39 nömrəsi ilə əlaqə saxlamaları və ya polisə məlumat vermələri xahiş olunur.