Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Görüntüdən məlum olur ki, yolların buz bağlaması səbəbindən VAZ-21099 markalı minik avtomobili yoldan çıxaraq kənar sahəyə aşıb.

Hadisə şahidinin sözlərinə görə, nəqliyyat vasitəsində müəllimlər olublar.

Qəza nəticəsində xəsarət alan olmayıb.