Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 2007-ci il təvəllüdlü Ə.İsmayılzadə bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal 18 yaşlı oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.