Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

GuNXeBeR.Az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes-Benz” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü A.Nuriyev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.