
Bu gün Bakıda qarlı və buzlu hava şəraitində yol-nəqliyyat hadisəsi baş verib.
GuNXeBeR.Az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Hadisə Binəqədi-Mehdiabad avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı minik maşını “BakuBus” avtobusuna çırpılıb.
Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.