Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

GuNXeBeR.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart – Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı və 30, 31 mart – Ramazan bayramı iş günləri hesab edilmir.

Martın 8-i və 23-ü şənbə, 24-ü və 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u, 25-i, 26-sı və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü, martın 25-i və 26-sı qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ölkədə martın 20-dən aprelin 1-dək – yəni 12 gün ardıcıl qeyri-iş günü olacaq.