Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Gunxeber.Az  xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova, övladları – 2020-ci il təvəllüdlü Məmmədova Ü, 2021-cü il təvəllüdlü M və F hamamda çimərkən dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.