Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası sonrası həlak olan “Kia Rio” markalı avtomobilin sahibi – 1986-cı il təvəllüdlü Ramin Həsənovla bağlı fakt ortaya çıxıb.

Gunxeber.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ramin Həsənov idarə etdiyi “KIA Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub.

Nəticədə R.Həsənov hadisə yerində ölüb. Elman Cəbrayılov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.