17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.

GuNXeBeR.Az xəbər verir ki, millimiz fevralın 11-dən 13-nə qədər Bakıda hazırlıq keçəcək.

U-17 ayın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək. Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

S.Ad / SoyadKlub
1Rauf Əyyubov“Sabah”
2Elbrus Kərimov“Marset” FA (İspaniya)
3Murad Qurbanov“Zirə”
4Amin Rzayev“Qarabağ”
5Həzrət Səmədov“Sabah”
6Tunar Muradov“Turan Tovuz”
7Tuncay Əhmədov“Marset” FA (İspaniya)
8Fərid CabbarlıZirə
9Nadir Nəsibli“Marset” FA (İspaniya)
10Muhamməd Çodarov“Marset” FA (İspaniya)
11İbrahim Xəlilov“Sabah”
12Əli Qazibəyov“Qarabağ”
13İmran Suleymanzadə“Zirə”
14Ariz Kərimov“Qəbələ”
15Abdulaziz Cabbarlı“Qarabağ”
16Əhliman Süleymanzadə“Zirə”
17Emil Usubov“Zirə”
18Tunar Rzayev“Marset” FA (İspaniya)
19Əhməd Vəliyev“Qarabağ”
20Əli İbrahim“Qarabağ”

Qeyd edək ki, millimiz ayın 16-da Rusiya, ertəsi gün İran, 19-da isə Qazaxıstanla görüşəcək.