Rusiyada “Ural Hava Yolları”na məxsus “Airbus A320” təyyarəsi Novosibirsk (Rusiya) yaxınlığındakı buğda tarlasında hissələrə doğranıb.

GuNXeBeR.Az-ın verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, sökülmə işləri 2023-cü ilin sentyabrında məcburi eniş etdikdən il yarım sonra – bu gün başa çatıb. İstifadəyə yararlı olan hissələr təyinatı üzrə istifadə ediləcək, ciddi zədələnmiş hissələr isə utilizasiyaya göndəriləcək.