
İnçə kəndində baş verən intihar hadisəsinin ailə münaqişəsi zəminində olduğu bildirilir.
Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, hadisə ər-arvad arasındakı mübahisədən sonra baş verib.
Belə ki, Gülnarənin əri mal-heyvan otarmaqla məşğuldur. O, arvadının işləməyini istəməyib. Qadın da israr edib ki, işləyəcək. Mübahisədən sonra kişi çıxıb gedib, qayıdanda görüb ki, hadisə baş verib. Gülnarənin anası və qardaşı onu İsmayıllıda, öz kəndlərində dəfn ediblər.
Onların altı uşaqları var. Böyüyü məktəbi bitirib, qalanları məktəblidir.