Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Gunxeber.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.