![](https://gunxeber.az/wp-content/uploads/2025/01/yol-qezasi1-1.jpeg?v=1739016424)
Göyçay şəhərində BMW markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub.
GuNXeBeR.Az xəbər verir ki, qadın aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan GuNXeBeR.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.