What’s new

Siyasət

Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

Cəmiyyət

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ

Hadisə

Biləsuvarda beş nəfərin xəsarət aldığı ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU

İqtisadiyyat

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

Cəmiyyət

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Hadisə

Azərbaycanda şagirdin barmaqları kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR

Kriminal

Şəmşad Ağa həbs edildi

İlham Əliyev, Siyasət

İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

Cəmiyyət

Avtomobillərin yarısı Bakıdadır

Bölgə

İsmayıllı rayonunda Vətəndaşlarla növbəti səyyar qəbul rayonun Mücühəftəran kəndində keçirilib.

politics

technology

sports

health

other

Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək

Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

GunXeber.Az “Report”a istinadən məlumat verir ki, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.

Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.

Azərbaycanda çörəyin qiymətində artım olacaq.

GunXeber.Az Globalinfo.az-a istinadən məlumat verir ki, paytaxtdakı bəzi mağazalarda keçirilən sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

Məsələ ilə bağlı “Nur çörəyi” zavodundan bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq:

“Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, – deyə zavoddan bildirilib.

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

GunXeber.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6 700 manat dəyərində xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, 2023-ci ilin dekabrında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67.2 kvadratmetr sahəsi olan mənzil üçün 2024-cü il avqustun 13-də 101 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədilə makler vasitəsilə birotaqlı mənzilə beh verib:

“Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdilər. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən “Hüseynoğlu Rezidens”ə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim etdi. Dörd-beş nəfər oturmuşdu orada. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda iki bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər, ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam qismində Sevinc Məmmədova və Alim Məmmədov adları keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir-dua verib, çıxıb getdilər. Ancaq sonra məlum oldu ki, onlar getməyiblərmiş, Abbas qapıdan məlumat verdi ki, getdilər. Səhəri qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər, burada belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orada. O da dedi ki, burada belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq”.

Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda metronun “Koroğlu” stansiyası ətrafındakı ərazidə reyd keçirib.

Reyd zamanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaqlara daxil olan, dayanma-durma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına mane olan sürücülərə xəbərdarlıq edilib, onlardan bəziləri cərimələnib.

Yol hərəkəti qaydalarınına riayət etməsi ilə bağlı xəbərdarlıqdan sonra yol polisi əməkdaşının tövsiyələrinə əməl edəcəyini söyləyən sürücülərlə yanaşı, etirazını bildirənlər də olub.

“Kimsə zəng edəndə yolda gedə-gedə danışmalıyam?! Bəs maşını harada saxlayım”, – qaydanı pozan sürücü deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

YouTube player

Bakıda intihar hadisəsi olub.

GuNXeBeR.aZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Zirə qəsəbəsində baş verib.

Qəsəbə sakini 57 yaşlı Nurulla Əhmədəli oğlu Fətəliyev yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda özünü asıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Prezident İlham Əliyev türkiyəli iqtisadçı və enerji ekspertini təltif edib.

GuNXeBeR.aZ President.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.

Sərəncamla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

GuNXeBeR.aZ xəbər verir ki,  bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb, onlardan üçü yetkinlik yaşına çatmayan şəxsdir:

1. Şamiq Əfqan oğlu Quliyev (1959);

2. Bəhruz Şamiq oğlu Quliyev (1983);

3. Məhəmməd Vidadi oğlu Məmmədli (2015);

4. Murad Vidadi oğlu Məmmədli (2018);

5. Natiq Namiq oğlu Quliyev (2018).

İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Ülviyyə Şamiq qızı Quliyeva (Məmmədova) (1985);

2. Aysun Namiq qızı Quliyeva (2015).

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“Müğənni Faytonçu Nazim ilkin olaraq Kliniki Tibbi Mərkəzə gətirilib”.

GunXeber.Az məlumat verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qapalı kəllə-beyin travması alan müğənni Nazim Pişyarini (Faytonçu) briqada Kliniki Tibbi Mərkəzə təxliyə edib.

O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”, – məlumatda qeyd edilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb.

GuNXeBeR.aZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiya yolu ilə yetişdirib satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfər edib.

GuNXeBeR.aZ xəbər verir ki, o bu barədə öz “X” hesabında paylaşım edib.

“İtaliyaya səfərimiz zamanı bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.