113 yaşlı Cahan nənə bələdiyyə seçkisində səsvermədə iştirak edib.
GunXeber.AzModern.az-a istinadənxəbər verir ki, 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədova İmişlinin Qaraqaşlı kənd sakinidir.
O, qeydiyyatda olduğu 81 saylı İmişli seçki dairəsi üzrə 29 nömrəli seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.
GunXeber.Azxəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam edir.
Son vaxtlar ölkədə, xüsusilə paytaxtda əsas problemlərdən biri də tıxacdır.
Yanvarın 28-də Prezidenti İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə mövcud vəziyyətlə bağlı bir sıra məsələlərə toxunub. Ölkə başçısı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır:
“Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”.
Nəqliyyat məsələlərinə gəldikdə isə Prezident qeyd edib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib – kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib:
“İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”.
Bakıdakı tıxac probleminin həlli yollarından danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov “GunXeber.Az“-a bildirib ki, ölkədə yol infrastrukturu ilə bağlı həyata layihələr dövlət proqramları əsasında icra olunur:
“Bu, uzunmüddətli perspektiv üçün istər paytaxt yollarının yenidən qurulması, istərsə də “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində həllini tapan və qarşıda duran məsələlərdir. Dünənki müşavirədə də son 20 ildə görülən işlər qiymətləndirildi. Bu, əsas avtomobil yollarının və Şimal-Cənub Dəhlizi üzərində qurulan, o cümlədən respublika əhəmiyyətli, Gürcüstan sərhədlərini birləşdirən magistralların əsaslı təmiridir.
Söhbət yolların 2 zolaqdan 4-6 zolağa çatdırılmasından gedir ki, bunlar böyük layihələrdir. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, onun gücləndirilməsi, dəniz limanı vasitəsilə daşımaçılığın artırılması və burada əsas maneə olan şəhərdaxili limanın Bakı ətrafına köçürülməsi, orada böyük bötük bir biznes mühitinin formalaşdırılması, yaxud yaxın zamanda Ələtdə inşa edilən böyük bir hava limanı ona imkan verəcək ki, daha ağır, o cümlədən dəniz vasitəsilə daşınan yüklərin birbaşa hava limanı vasitəsilə digər şəhərlərə çatdırılması burada öz əksini tapıb.
Eləcə də işğaldan azad olunmuş ərazilərin infrastruktunun təməlindən dünya standartlarına uyğun qurulması, sırf hava limanlarının beynəlxalq status alması bundan xəbər verir. İstənilən yük və sərnişin təyyarələrini qarşılaya biləcək limanlar, Zəngəzur dəhlizi ilə bağlı görülən işlər yüksək dəyərləndirilir. Prezident Nəqliyyatı İntellektual İdarəetmə və Əlaqələndirmə Şurasına tapşırıq verdi ki, göndərilən təkliflərə baxılsın. Çünki burada əsas işi xaricdən gələn şirkətlər görür. Şəxsən mən Bakı-Sumqayıt alternativ yol layihəsini təqdim etmişəm”.
Tıxac məsələsinə gəldikdə isə ekspert deyir ki, bu, böyük şəhərlərdə başağrısına çevrilib:
“Ölkə başçısı da bu sahədə problemin olduğunu qeyd etdi. Çıxış yolu metronun inkişaf etdirilməsi, metro stansiyaları ilə əlaqələndirmədir. Yəni bir vətəndaşın evdən iş yerinə gedişinin minimum xərc tələb etməsi onun və nəqliyyat infrastrukturunun uğurudur. Vətəndaş metrodan, marşrutdan nə qədər az istifadə edərsə, birbaşa, yəni bir nəqliyyat növü ilə hərəkət edərsə, xərc və vaxt itkisi az olacaq. Bu da birbaşa tıxacın həllinə yönəlmiş bir addımdır”.
Gunxeber.az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Ford” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkisi keçirilir.
GunXeber.AzAZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
365A-A+
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
GunXeber.AzPresident.az-a istinadən bildirir ki, məktubda deyilir:
“Hörmətli cənab Sədr. Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.
Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu bayram münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.
GunXeber.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Belə ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.
Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Qurumdan əlavə edilib ki, təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.
Xalq şairi Ramiz Rövşənin dövlət tərəfindən ikinci dəfə mənzillə təmin edilməsinə dair məlumatlar yayılıb.
Gunxeber.Az xəbər verir ki, “Qafqazinfo” iddialarla əlaqədar şairin özü ilə əlaqə saxlayıb.
R.Rövşən saytımıza açıqlamasında bu informasiyaların həqiqətdən uzaq olduğunu bildirib: “Heç nə bağışlamayıblar. Təzə yayılan informasiyadır, mənim xəbərim yoxdur. Yalan məlumatlardır”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə Ramiz Rövşənə ev hədiyyə edib.
Ağdaş rayonunun Qarağan Sədi kəndində faciəvi hadisə baş verib. 2023-cü il təvəllüdlü Kamran İsayev valideynlərinin gözü önündə həyatı təhlükəyə məruz qalıb.
Yaxınlarının sözlərinə görə, azyaşlı badam ləpəsi udub və nəticədə tənəffüs yolları bağlanıb.Hadisə baş verəndən sonra ailə üzvləri körpəni xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.
Filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin olunub.
GunXeber.Az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yeni direktoru institutun kollektivinə təqdim edib.
Tədbirdə Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, şöbə müdirləri – filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək AMEA rəhbərliyinin instituta yeni direktor təyinatı qərarını təqdirəlayiq hesab ediblər.
Sonda çıxış edən Folklor İnstitutunun yeni direktoru filologiya elmləri doktoru Hikmət Quliyev göstərilən etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov da iştirak edib.
Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunun Çöpədərə kəndində anadan olub. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində işləmiş, 2013-cü ildən etibarən AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışır. Eyni zamanda, AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir.
2015-ci ildə AMEA Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik Qoca arxetipi” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Filologiya elmləri doktoru Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub.