What’s new

Siyasət

Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

Cəmiyyət

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ

Hadisə

Biləsuvarda beş nəfərin xəsarət aldığı ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU

İqtisadiyyat

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

Cəmiyyət

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Hadisə

Azərbaycanda şagirdin barmaqları kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR

Kriminal

Şəmşad Ağa həbs edildi

İlham Əliyev, Siyasət

İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

Cəmiyyət

Avtomobillərin yarısı Bakıdadır

Bölgə

İsmayıllı rayonunda Vətəndaşlarla növbəti səyyar qəbul rayonun Mücühəftəran kəndində keçirilib.

politics

technology

sports

health

other

Mağazalarda saxta əsginaslarla alış-veriş edən şəxs saxlanılıb

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən iki obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əsginasları verməsi barədə polisə məlumat daxil olub.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində mənzildə yanğın baş verib.

Bu barədə GuNXeBeR.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin bir otağında bir ədəd yataq dəsti yanıb.

Mənzil yanğından mühafizə olunub”.

“Silk Way Airlines” şirkətinin departament rəisi vəfat edib.

GuNXeBeR.Az xəbər verir ki, şirkətin Əməliyyat xərclərinin idarə edilməsi departamentinin rəhbəri Oleq Baxışov qəfil dünyasını dəyişib.

Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib.

Bakıda müştəri kafedə qəfil ölüb.

GuNXeBeR.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşən kafelərin birində baş verib.

Qəsəbə sakini 63 yaşlı Əliyar Əliməhəmməd oğlu Məmmədov obyektdə qəfil dünyasını dəyişib. Onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Masallıda zəhərlənərək dünyasını dəyişən deyilən qızın ölüm səbəbi meningit olub.

Bu barədə GuNXeBeR.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.

“Yanvarın 4-də saat 00:20-də 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-u saat 09:40-da ölüm faktı qeydə alınıb”, – qurumdan bildirilib.

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.

Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Ş.Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb.

GuNXeBeR.Az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda qadın qazdan zəhərlənib.

GuNXeBeR.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

56 yaşlı Aytən Mirzəli qızı Qənbərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.