What’s new

Siyasət

Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

Cəmiyyət

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ

Hadisə

Biləsuvarda beş nəfərin xəsarət aldığı ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU

İqtisadiyyat

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

Cəmiyyət

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Hadisə

Azərbaycanda şagirdin barmaqları kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR

Kriminal

Şəmşad Ağa həbs edildi

İlham Əliyev, Siyasət

İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

Cəmiyyət

Avtomobillərin yarısı Bakıdadır

Bölgə

İsmayıllı rayonunda Vətəndaşlarla növbəti səyyar qəbul rayonun Mücühəftəran kəndində keçirilib.

politics

technology

sports

health

other

Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır

Yanvarın 30-da Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) olub.

GuNXeBeR.aZ-ın məlumatına görə, Şahdağdan qayıdarkən yolda qəzaya düşən şəxslər Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər.

Bu gün isə Ayla Şiriyeva Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

İki dost pabda yeyib-içdikdən sonra parkda oturan ər-arvadı döyüblər. Heç bir səbəb olmadan onlara yaxınlaşaraq, gecə vaxtı parkda oturmaqlarına irad bildiriblər. Əvvəlcə özlərini polis kimi təqdim ediblər.

Gunxeber.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilənlər 36 yaşlı Orxan və 30 yaşlı Rafiqdir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir səbəb olmadan parkda əyləşən ər-arvad olan Günay və Röyala yaxınlaşaraq, gecə saatlarında orada olmalarına irad bildiriblər. Mübahisə zamanı qadını və ərini yumruq və təpiklə vuraraq, bədən xəsarətləri yetiriblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və həbs ediliblər.

Onlar “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Bermud Pub”da yeyib-içdikdən sonra səki ilə gedən zaman ər-arvadı görüblər.

Təqsirləndirilən Orxan ifadəsində deyib ki, həmin zaman Röyalın Günayı döydüyünü görüblər. Buna görə də müdaxilə ediblər.

“Dedim ki, küçədə bu hərəkəti etmək doğru deyil. Oğlan dedi ki, öz arvadıdır, özü bilər. Mən də dedim ki, arvadındırsa, evdə döy. Amma arvadı dedi ki, onu evdə də döydüyü üçün qaçıb. Onların ər-arvad olduqlarına inanmadıq. Röyal üstümüzə gəlib mübahisə etməyə başladı, əl-qol atdı. Sonra qadın qışqırmağa başladı. Mən qadını vurub qışqırmamasını istədim. Röyal Rafiqin üstünə hücum etdi. Rafiq də onu vurdu. Səs-küyə qonşular çıxdı. Biz oradan qaçdıq. Sonra bildik ki, polisə şikayət ediblər”, – deyə Orxan ifadəsində bildirib.

Məhkəmədə dindirilən zaman Rafiq də Orxan kimi eyniməzmunlu ifadə verib.

Hər iki şəxs bildirib ki, əməllərindən peşmandırlar və zərərçəkmiş ər-arvadla barışıblar. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.

Zərərçəkmişlərin ifadələrindən isə hadisənin başqa təfərrüatları ortaya çıxıb.

Röyal deyib ki, həyat yoldaşı ilə parkda oturan zaman iki nəfər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər:

“Bizdən nikah şəhadətnaməsi istədilər. Günay gətirmək üçün evə getmək istədi. Amma Orxan buna imkan vermədi. Günayın sifətindən vurdu. Mən Günaya yaxınlaşmaq istəyəndə Rafiq də məni vurdu. Səs-küyə camaat gəldi. Bir qadın qışqıraraq hadisəni telefonla çəkdiyini dedi. Bunu eşidəndə onlar qaçdılar”,- deyə zərərçəkmiş ifadəsində qeyd edib.

Məhkəmədə zərərçəkmiş ər-arvad təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.

Məhkəmə hər iki şəxsin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslərlə barışdıqlarını nəzərə alaraq onlara yüngül cəza verib. Həbsdə olan hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, H.Mirzəyev küçəsində yerləşən “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.

Gunxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

Yoxlama zamanı qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

GunXeber.Az President.az-a istinadən bildirir ki, sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları (SQ) İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Gunxeber.Az xəbər verir ki, bu barədə Oxu.Az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvarın 28-də saat 4:15-də DSX-nin SQ-nin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“İki dəfə ölümdən dönmüşəm”.

GunXeber.Az ATV-yə istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə verilişlərin birində deyib.

O, etdirdiyi estetik əməliyyat zamanı keçirdiyi ölüm təhlükəsindən danışıb:

“Üzümə plastik əməliyyat etdirən zaman vurulan antibiotikdən 40 dəqiqəyə yaxın koma vəziyyətində olmuşam, məni oyada bilməyiblər. Əməliyyatlarım çox ağır olub və bir ay çətinlik çəkmişəm”, – o bildirib.

Ətraflı süjetdə:

YouTube player

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.

“Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir”, – proqramda qeyd olunub.

Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.

Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub.

GunXeber.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.

Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.

4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.

Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

GunXeber.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 24 dekabr 2023-cü ildə Lənkəran rayonunun kəndində baş verib.

Təhməz həmin gün saat 10 radələrində bibisi qızı Lalənin yaşadığı evə gedib, onu sevdiyini bildirib, həmkəndlisi İntiqamla əlaqəsinin olub-olmadığını soruşub. Mübahisə zamanı qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb və Lalənin qarın nahiyəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

“Laləgildə qalırdım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Lalə ərindən boşanıb, anasının evinə gəldikdən sonra onunla münasibəti yaranıb: “Təxminən bir il yarım aramızda sevgi münasibəti oldu. Telefonla danışdıq, görüşdük, dəfələrlə onların evində cinsi əlaqədə olduq. Məndə Lalənin çoxlu şəkilləri vardı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-2022-ci illərdə Laləgildə də qalıb: “Bibim evdə olmayanda Lalə ilə cinsi əlaqədə olmuşam. Mənim Laləgildə qalmağımı yaşadığımız kənddə çox adam bilirdi. Masallı rayonuna və Bakı şəhərinə işləməyə gedib-gəldikdən sonra gecə vaxtı əmimgilə gedəndə İntiqamı Laləgilin evlərinin qarşısında gördüm. Ondan burada nə gəzdiyini soruşdum, Lalənin çağırdığını dedi. Amma nə üçün çağırdığını söyləmədi. Heç mən də İntiqamın ora nə üçün gəldiyi ilə maraqlanmadım. Düşündüm, bəlkə nəsə işləri var, İntiqamı bibim çağırıb.

Lalə ilə İntiqam arasında münasibətin olması ağlıma gəlmədi. Həmin günün səhəri Laləgilə getdim, anası evdə deyildi. Lalənin telefonunda İntiqamın nömrəsini gördüm. Nömrənin nə üçün onda olmasını soruşdum, anasının İntiqama zəng vurduğunu dedi.

Bundan 7-8 ay sonra İntiqamı yenidən Laləgilin evlərinin yanında gördüm. Yenə səbəbini soruşdum. Lalə İntiqamla əlaqəsinin olmasını etiraf etdi”.

“Etiraf etdi, vurdum”

Təhməz deyib ki, 24 dekabr 2023-cü ildə saat 10 radələrində Laləgilə gedib: “Söhbət zamanı İntiqamla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirdi. Mən də əsəbiləşərək Lalənin yanında olan bıçağı götürüb ona bir zərbə vurdum. Lalə zərbədən yıxılmaq istəyəndə onu yıxılmağa qoymadım, tutdum. Bıçağın dərin batdığını fikirləşdim. Özünü pis hiss edirsə, xəstəxanaya aparmağımı, təcili tibbi yardım çağırmağımı təklif etdim. Lalə isə hər şeyin qaydasında olduğunu dedi, xəstəxanaya getmək istəmədi. Həmçinin xahiş etdi ki, gedim, anası gələndə məni görməsin.

Onun sözünə qulaq asmadım, qaldım. Bint, spirt alıb gətirdim, yarasını bağladım. Lalənin anası gələndən sonra nənəmgilə getdim”.

“Ailə qurmaq fikrim vardı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə onunla danışdığı vaxt onu əsəbiləşdirib: “Özümü saxlaya bilməyib bıçağı götürdüm və vurdum.

Mən İntiqamla Laləni bir yerdə görməmişəm. Lakin onların sözlərinin uyğun gəlmədiyini hiss edəndə şübhəmə əmin oldum. Onların əlaqəsini sübut etdim. Çünki Lalənin telefonunda İntiqamın nömrəsini aşkarlamışdım.

Mənim Lalə ilə ailə qurmaq fikrim vardı. Fikrimi bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğum gün də ona demişdim. O da mənə hərbi xidmətə gedib-gəldikdən sonra evlənəcəyimizi dedi.

Əməlimdən peşmanam. Lalədən məni bağışlamasını xahiş etdim, amma məni bağışlamadı. İntiqam yalan danışır, onun Lalə ilə əlaqəsi olub”.

“Anama deməyə qorxdum”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Təhməzin onu sevdiyini eşidib: “Ancaq yaxınlaşaraq məni sevdiyini deməyib. Təhməz də, mən də eyni kənddə yaşayırıq. O bizə gəlib-gedirdi. Həmin vaxtlar anam da evdə olurdu. Mən tək olanda Təhməz bizə gəlməyib. Mənim telefonum olmayıb.

Təhməzgilin evləri bizə yaxındır. O məni ev bıçağı ilə vurdu. Həmin vaxt 2021-ci il təvəllüdlü oğlum Cavid də yanımda idi.

Təhməz gedəndən bir az sonra anam evə gəldi. Təhməzin məni bıçaqladığını anama oğlum dedi. Özüm anama deməyə qorxdum. Yaramı Təhməz özü bağladığı üçün qan axmadı.

Təhməzin mənim şəkillərimi hansı məqsədlə çəkdiyini bilməmişəm. Hətta şəkilin birini o mənim özümə çəkdirmişdi. Təhməzi bağışlamamışam, onunla barışmaq istəməmişəm. Ondan şikayətçiyəm”.

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

GunXeber.Az xəbər verir ki, bu barədə “Report”a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.