Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

GunXeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.