Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb - GuNXeBeR.aZ - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

GuNXeBeR.aZ

gunxeber.az, gunxeber, gun xeber

GuNXeBeR.aZ - Xeber Sayti Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumatlar

Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


ILK-10 Azeri Website Directory ILK-10 Azeri Website Directory MobTop.az