Vətən müharibəsi qazisi Elnur Quliyev vəfat edib.

Gunxeber.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yaşadığı Salyan rayonunun Qırxçıraq kəndində dünyasını dəyişib.

Qeyd edək ki, mayor E.Quliyev müharibədə ağır yaralanandan sonra Türkiyəyə müalicəyə aparılmış və 2021-ci ilin mayında doğma rayonuna qayıtmışdı. Onun qayıdışı rayonda coşqu ilə qarşılanmışdı.