Türkiyənin Diyarbakır vilayətində Polis Şöbəsinin binasının girişinin yerləşdiyi küçəyə kustar üsulla hazırlanmış partlayıcı qurğu atılıb.
Gunxeber.az -ın Türkiyə bürosu xəbər verir ki, bu barədə Diyarbakır valiliyi məlumat yayıb.
Hadisədən sonra iki maskalı şəxsin hadisə yerindən qaçdığı müəyyən edilib.
Qeyd olunub ki, hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilməyib.






