Salyan rayonunun 20 Yanvar (Stansiya qəsəbəsi) küçəsində yaşayan sakinlər yolun acınacaqlı vəziyyəti ilə bağlı redaksiyamıza müraciət ediblər. Gunxeber.az olaraq şikayət əsasında əraziyə baxış keçirdik və sakinlərin problemləri ilə yerində tanış olduq.
Sakinlərin bildirdiyinə görə, bir müddət əvvəl küçədə yol təmiri məqsədilə podratçı şirkət tərəfindən qazıntı işləri aparılıb. Daha sonra su xətti ilə bağlı yenidən qazıntı həyata keçirilib. Aradan çox keçmədən bu dəfə də kanalizasiya xətti üçün yol yenidən yararsız vəziyyətə salınıb.Ən acınacaqlı məqam isə odur ki, aparılan qazıntılardan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəticədə küçə palçıq içində qalıb, gediş-gəliş demək olar ki, mümkünsüz hala düşüb. Sakinlər məcbur qalaraq öz vəsaitləri hesabına çınqıl daş gətirib yolu müvəqqəti bərpa etməyə çalışıblar.Lakin bu da uzunömürlü olmayıb. Kanalizasiya işləri ilə bağlı yenidən qazıntı aparılıb və hazırda videoda da görünən acınacaqlı mənzərə yaranıb. Yağışlı havalarda küçə tamamilə palçığa çevrilir, piyadaların və avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşir.Sakinlər bildirirlər ki: Qazıntıdan sonra yolun bərpası həyata keçirilmir, öz büdcəmiz vasitəsilə yolumuzu yenidən yüngül bərpa etdirmək istədik, bizə bildirdilərki yenidən gəlib qazılacaq. Ona görə heçkim razı olmadı pul yığıb yol bərpa olsun. Uşaqların məktəbə, sakinlərin isə işə gedib-gəlməsi ciddi problemə çevrilibMəsələ ilə bağlı sakinlər yerli icra strukturlarından, kommunal xidmətlərdən və məsul podratçı şirkətlərdən dərhal tədbir görülməsini tələb edirlər.
Gunxeber.az olaraq mövzunu diqqətdə saxlayacağımızı bildirir, aidiyyəti qurumları və məsul şəxsləri yaranmış vəziyyətə operativ reaksiya verməyə çağırırıq.







