Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Gunxeber.Az xəbər verir ki, qəza Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobil toqquşub. Nəticədə 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.
Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.






