Naxçıvanda minik avtomobili diametri 100 millimetr olan ortatəzyiqli qaz xəttinə çırpılıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Culfa rayonunun Milax kəndində qeydə alınıb.

Nəticədə qaz xətti yararsız hala düşüb. Təhlükəsizlik səbəbi ilə beş kənddə (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qazın verilişi dayandırılıb.

Bildirilir ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.