21 dekabr tarixində keçirilən RFO, LMO və RFM olimpiadalarının qaliblərinin mükafatlandırılması böyük qürur və sevinc hissi ilə baş tutdu.

Gunxeber.Az bildirir ki, bu gün əldə etdiyiniz nailiyyət yalnız bir qələbə deyil, zəhmətinizin, iradənizin və biliklərə olan sadiqliyinizin bariz göstəricisidir. Siz öz əzminizlə gələcəyin uğurlu, savadlı və məqsədyönlü gəncləri olduğunuzu sübut etdiniz. Bu uğur yolunda sizi dəstəkləyən müəllim və valideynlərə təşəkkür edir, qaliblərimizi ürəkdən təbrik edirik. Qarşıda sizi daha böyük zirvələr gözləyir. Sizinlə qürur duyuruq!