Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Gunxeber.Az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Yanvarın 7-si sat 13:30-da Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan bir nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1994-cü il təvəllüdlü şəxsə hər iki əlinin ikincidərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta-stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, -məlumatda qeyd olunub.

Asif Xankişiyev

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğında ölən şəxsin kimliyi məlum olub.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ölən şəxs Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovdur.

O, Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib.

Hazırda ölüm faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs süzücü-doldurucu vəzifəsində işləyib.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğın söndürülüb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Yanacaqdaşıyan avtomobildə baş verən yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub”, – məlumatda qeyd edilib.

YouTube player