Hacıqabulda zəncirvari qəza olub.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZel” markalı avtomobillə iki KIA markalı maşın toqquşub.

Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.