Qusar rayonunda qadın dəm qazından boğulub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Balaqusar kəndində qeydə alınıb.
Kənd sakini 1970-ci il təvəllüdlü Sahibə Əmiraslanova yaşadığı evin hamamında dəm qazından boğulub. Onun meyiti hamamda aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.






