Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə yanvarın 5-də, saat 3-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Ruslan Nadirov 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.