Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər həyatını itirib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Araz Adil oğlu Məmmədov idarə etdiyi avtomobildə qəfil idarəetməni itirib və avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






