"Barselona" Raşford uğrunda yarışa qatılıb - GuNXeBeR.aZ - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

GuNXeBeR.aZ

gunxeber.az, gunxeber, gun xeber

GuNXeBeR.aZ - Xeber Sayti Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumatlar

“Barselona” Raşford uğrunda yarışa qatılıb

“Barselona” “Mançester Yunayted”in vingeri Markus Raşfordu transfer etmək üçün bir sıra Avropa klubları ilə rəqabət aparmağa hazırlaşır.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “Championat” məlumat verib.

Qeyd olunur ki, Kataloniya klubu ingilis futbolçunun transferini təmin etmək üçün mümkün olan hər şeyi edir. “Barselona” Raşfordu cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

Raşfordun agenti və klub arasında ilkin görüş baş tutub. Oyunçu özü də “Barselona”ya transfer olunmasına müsbət baxır.

Raşfordun xalis maaşı 10 milyon avrodur. Futbolçu “Barselona”ya keçmək müqabilində mövsümün qalan yarısı üçün 5 milyon avronun 2 milyonundan imtina etməyə hazırdır.


ILK-10 Azeri Website Directory ILK-10 Azeri Website Directory MobTop.az