Gunxeber.Az-ın məlumatına görə, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq İsmayıllının daha bir kəndi mavi yanacaqla təmin olunub. Bu gündən etibarən Ruşan kəndinin sakinləri soyuq qış aylarında təbii qazdan istifadə edəcəklər.
İsmayıllının digər kəndlərinin də mavi enerjiyə qovuşacağı gün artıq çox yaxındır.
















