Gunxeber.Az məlumat verir ki, 8 noyabr – Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabr ayının 6-da İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kollektivləri tərəfindən ağacəkmə aksiyası keçirilib.
Rayonda ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı ümumilikdə 2 hektar sahədə, eldar şamı, akasiya, göyrüş və ağcaqayın tingləri olmaqla 1700 ədəd müxtəlif ağac əkilib. Ağacların əkildiyi ərazinin kənarları mühafizə məqsədilə çəpərlənib, ağaclara sonradan da mütəmadi qulluq göstərilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bu kimi tədbirlər Zəfər Gününün əziz xatirəsinə həsr olunmaqla yanaşı, həm də ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi və gələcək nəsillərə daha sağlam təbiət miras qoyulması baxımından mühüm əhəmiyyət daşıyır.



















