Şəmkirdə səkkizotaqlı ev külə döndü

Şəmkirdə yanğın hadisəsi baş verib.

GuNXeBeR.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Ümumi sahəsi 280 kvadratmetr yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m. sahədə əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir