Abşeronda 33 yaşlı kişi qəm qazından boğulub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Masazır kəndində baş verib.
1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov kirayə yaşadığı Masazır kəndi, H.Z.Tağıyev küçəsindəki evlərdən birində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.






