Bakıda, “İdrak” liseyində şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır.
Gunxeber.Az-ın əldə etdiyi məlumatına görə, hadisə tənəffüs vaxtı baş verib.
Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Gunxeber.Az bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yerləşən “İdrak” liseyində silahlı insidentin detalları məlum olub.
Gunxeber.Az xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisə barədə danışıb:

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.
Bakıda şagirdi tərəfindən güllələnən şəxs “İdrak” liseyinin riyaziyyat müəllimidir.
Gunxeber.Az “Unikal”a istinadən xəbər verir ki, valideynlər hazırda övladlarını liseydən götürürlər.
Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib.
Gunxeber.Az “Unikal”a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.





