Volodimir Zelenski Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında NATO-nun baş katibi Mark Rütte ilə görüşüb.
Gunxeber.Az “En son haber”ə istinadən xəbər verir ki, görüşdə Ukraynaya hərbi dəstək məsələsi müzakirə olunub.
V.Zelenski bildirib ki, görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə yönəlmiş təşəbbüsün maliyyələşdirilməsi məsələsi dəyərləndirilib. O, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və tərəfdaş ölkələrin töhfələrindən məmnunluğunu ifadə edib.
Görüşdə həmçinin Avropada birgə müdafiə təşəbbüsləri və Ukraynanın mülki əhalinin həyatını qorumaq imkanlarının artırılması məsələləri də müzakirə olunub. Zelenski qeyd edib ki, Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında tərəfdaş ölkələr Ukrayna üçün 38 milyard avro məbləğində hərbi yardım paketini təsdiqləyiblər və bunu mühüm inkişaf kimi qiymətləndirib.






