Türkiyənin Adana vilayətinin Seyhan rayonunda onlayn oyunda başlayan dostluq mübahisə ilə nəticələnib.

Gunxeber.Az “Haber Global”a istinadla xəbər verir ki, mübahisə əvvəlcə onlayn şəkildə başlayıb, daha sonra lisey şagirdini zorla maşına mindirib boş əraziyə aparıb və döyüblər. Hadisə ilə bağlı şübhəlilər saxlanılıblar.

Məlumata görə, 17 yaşlı R.G. adlı lisey şagirdi ilə bir müddət əvvəl onlayn oyun vasitəsilə tanış olduğu 19 yaşlı M.T.A. arasında mübahisə yaranıb. İddiaya görə, oyun zamanı edilən təhqirlərdən qəzəblənən M.T.A. bir müddət sonra yemək bəhanəsi ilə R.G.-ni görüşə çağırıb. Ticarət mərkəzində təyin olunan görüş yerinə gedən R.G. burada M.T.A. və 17 yaşlı H.A.D. ilə qarşılaşıb. Mübahisə böyüyüb və R.G. məcburi şəkildə 22 yaşlı Y.A.-nın idarə etdiyi taksiyə mindirilərək ərazidən uzaqlaşdırılıb.

Türkiyədə onlayn oyunda başlayan dostluq dava ilə bitdi

Döyüldükdən sonra R.G.-nin maşından düşməsinə icazə verilib və o, qaçaraq ərazidən uzaqlaşıb, baş verənləri ailəsinə danışıb. Şikayətdən sonra polis əməkdaşları hərəkətə keçib, şübhəlilərin kimliyini müəyyən edib və onları saxlayıbla.

Saxlanılan 3 şübhəli polisə verdikləri ifadələrdə əməllərindən peşman olduqlarını bildiriblər. Prosedurlardan sonra 3 şübhəli çıxarıldıqları məhkəmə tərəfindən həbs ediliblər.