Bakıda ev qarət olunub.

Gunxeber.Az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51 000 manat pulun və 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda qohumunun evindən 56 minlik oğurluq edən qadın TUTULDU