Türkiyə Superliqasının 21-ci turunun “Fənərbağça” – “Gənclərbirliyi” matçı keçirilib.

Gunxeber.Az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:1.

Qalibiyyət nəticəsində xal ehtiyatını 49-a yüksəldən “Fənərbağça” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Gənclərbirliyi” isə 22 xalla 11-ci yerdədir. 52 xala malik “Qalatasaray” lider mövqeyini qoruyur.