Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1995-ci il təvəllüdlü A. Dünyamalıyev və 2012-ci il təvəllüdlü Y. Həsənov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.