23 yaşlı oğlan Bakıda küçədə bıçaqlanıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Gecə saatlarında 2003-cü il təvəllüdlü Elvin Elman oğlu Məmmədov Cavanşir küçəsi, 21a ünvanının yaxınlığında tanışı – 2003-cü il təvəllüdlü Asəf Cavid oğlu Şıxəliyevə qarın və sol qolunun alt nahiyəsindən iki bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Elvin Məmmədov şübhəli şəxs qismində tutulub.