2 Fevral – Gənclər Günü münasibətilə təhsil sahəsində göstərilən səmərəli fəaliyyətə görə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı tərəfindən təltif olunma baş tutub.
Gunxeber.Az bildirir ki, təltif mərasimi çərçivəsində gənclərin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil istiqamətində fəallığının və təşəbbüskarlığının daim dəstəkləndiyi vurğulanıb. Bildirilib ki, gənclərin bilik və bacarıqlarının inkişafı, onların intellektual potensialının üzə çıxarılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Təltiflə bağlı fikirlərini bölüşən mükafatlandırılan şəxs göstərilən yüksək diqqət və dəyərə görə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov müəllimə dərin təşəkkürünü bildirib. Qeyd olunub ki, bu cür qiymətləndirmə gələcək fəaliyyət üçün əlavə motivasiya yaradır və təhsil sahəsində daha böyük uğurlara imza atmağa stimul verir.
Sonda vurğulanıb ki, gənclərin inkişafına yönəlmiş bu kimi təşəbbüslər onların cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.








