Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə fevralın 15-də saat 04:00-da “Bağça Şəhər” yaşayış kompleksində olub.

1995-ci il təvəllüdlü Aytac Hüseynova yaşadığı mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.