İyunun 6-da dənizkənarı SEA BREEZE istirahət mərkəzində 2025-ci ilin yay musiqi mövsümünün rəsmi açılışı baş tutacaq.
Gunxeber.az bildirir ki, on ildən çoxdur ki, bu tədbir həm yerli sakinlər, həm də paytaxtın qonaqları tərəfindən xüsusi səbirsizliklə gözlənilir.
Konsertin əsas ulduzu Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar Miri Yusif olacaq. Sənətçi gecənin möhtəşəm səhnəsində öz repertuarından ən sevilən hitlərini təqdim edəcək.
Proqramda maraqlı sürprizlər də var. Miri Yusifdən öncə tamaşaçılar belaruslu ifaçı Dmitri Koldun və sosial şəbəkələrdə məşhurlaşan Amirçikin çıxışlarının şahidi olacaqlar.
Gecə xəzərin sahilində möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Biletlər iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarda satışdadır.

ÜLKƏR RƏHMANQIZI






