Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Nilufər paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Gunxeber.az məlumat verir ki, Bakı Konqres Mərkəzində baş tutan gecədə əfsanəvi sənətkar pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb. Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan musiqi tədbirlərindən birinə çevirib.

Gecənin emosional məqamlarından biri Nilüfərin dərin hisslərlə ifa etdiyi “Yandırdın qəlbimi” mahnısı olub.

Konsertin bir digər unudulmayan məqamı Nilüfərin səhnəyə gənc bir pərəstişkarını dəvət etməsi olub. Sözügedən tamaşaçının da adı Nilüfər idi. Onlar birlikdə “Son arzum” mahnısını ifa edərək, zalda səmimi və duyğulu anlar yaradıblar.

img 20251103 wa0108

Lakin gecənin ən səmimi və əyləncəli anı tamaşaçılar arasından gəlib. Zalda əyləşən bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib. O, 35 illik ailə həyatları boyunca yalnız Nilüfərin mahnılarını dinlədiklərini bildirərək, sənətçiyə təşəkkür edib. Daha sonra xanım gülümsəyərək səhnəyə qalxıb və “Rəşid, bizi çək!” deyib. Bu məqam zalda həm gülüş, həm də alqış sədaları ilə qarşılanıb. Bu sözlərdən sonra Rəşid bəy də zaldan səhnəyə yaxınlaşaraq həyat yoldaşı və Nilüfərlə birgə xatirə şəkli çəkdirib. O da öz növbəsində sənətçiyə illərlə ailələrinə sevinc bəxş etdiyinə görə təşəkkürünü bildirib.

Gecedə iki geyim dəyişən sənətçi gözəlliyi ilə də göz oxşayıb. İki saat davam edən konsert boyunca köhnə və yeni mahnılarını canlı səsləndirən Nilüfər tamaşaçılara həm nostalji, həm də sevgi dolu bir musiqi səyahəti yaşadıb.

  • img 20251103 wa0118
  • img 20251103 wa0112
  • img 20251103 wa0116
  • img 20251103 wa0110
  • img 20251103 wa0114
  • img 20251103 wa0108
  • img 20251103 wa0106
  • img 20251103 wa0102
  • img 20251103 wa0095
  • img 20251103 wa0096